Mədə xərçənginin 12 ilkin əlaməti Yaşama şansı nə qədərdir?


Digərləri 21 İyn 2019 23:29:00 315 0

Mədə xərçənginin 12 ilkin əlaməti  Yaşama şansı nə qədərdir?

Hazırda Azərbaycanda da geniş yayılmış mədə xərçəngi daha çox 55-70 yaş arasında xəstələrdə aşkarlanır. Amma 55 yaşında bir insanda mədə xərçəngi varsa, deməli bu şişə qədər o azı 10 il əvvəldən yol alıb. İlkin əlamətlər isə özünü şiş hələ kiçik ikən az da olsa göstərir.

Son.az medicina.az-a istinadən ağır xərçəng növlərindən olan mədə şişlərinin səbəb və ilkin əlamətlərini təqdim edir.

Səbəblər çoxdur.

Alimlər bildirir ki, hazırda mədədə şiş xəstəliklərinin yaranmasının birinci səbəbi qeyri-düzgün, zərərli qidalanmadır. 

-C vitamini az olan, antioksidant təsirli qidalar az yeyən insanlarda da bu ehtimal olur -Eləcə də hisə verilmiş, qızardılmış, duzlu, istiotlu, zərərli ərzaqlar qəbul edənlərdə -Mədəsində polip, xora, qastrit və aşağı turşuluq olanlarda da bu xoralar xərçəngə çevrilə bilir

İlkin əlamətlərə diqqət:

1. Əgər xəstədə gənc yaşlarından mədəsində yara, xora, qastrit, polip varsa, o xəstə düzgün müalicə almalı, 1 ildən bir yoxlanmalı, düzgün qidalanmalıdır

2.  1-2-3 sm-ə qədər şişlər heç bir kəskin əlamət vermir. Sadəcə həzm pozuntusu, mədədə ağırılıq, sanki nəsə qalmış hissi, iştahsızlıq ola bilər

3. Qan azlığı, anemiya

4.Çəkinin səbəbsiz itirilməsi

5.Əvvəllər sevdiyiniz, dadından doymadığınız yeməklərə ikrah hissi

6.Tez doymaq və mədənin dolması hissi

7. Şiş böyudükcə mədə divarı rigidləşir, yəni elastikliyini itirir, bərkiyir və qida qəbul edəndə dolanda dartılmır, uzanmır. Buna görə əgər yeməkdən əvvəl və sonra, axşam və səhər acqarına mədənizin yığılmadığını, sanki elə bərkimiş kimi qaldığını, əlinizin altında bərk, dolu hiss etməyiniz artıq şişin içəridən böyüdüyünü göstərir