Estoniya hökuməti Hollivud rejissorunun filminə 5 milyon avro ayırıb


Digərləri 21 İyn 2019 23:19:00 294 0

Estoniya hökuməti Hollivud rejissorunun filminə 5 milyon avro ayırıb

Estoniya hökuməti Hollivud rejissoru Kristofer Nolanın filminə 5 milyon avro ayırıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, ölkənin Mədəniyyət Nazirliyi filmin Estoniya turizmi üçün yararlı olacağını bildirib. Filmin çəkilişlərinə Estoniyada iyunun əvvəlində başlanılıb, premyerası isə 2020-ci il iyulun 17-də olacaq.

Qeyd edək ki, "Oskar" mükafatlı rejissor Kristofer Nolan beynəlxalq casuslar barədə Estoniyada çəkdiyi film üçün Hollivudun ən yaxşı aktyorlarını seçib. Tamaşaçılara "Alaqaranlıq" filmindən yaxşı tanış olan Robert Patinson artıq Tallinə gəlib.

"Film Estonia" təşkilatının hesablamalarına görə, hökumətin ayırdığı maliyyə vəsaiti ölkəyə beşqat həcmdə geri qayıdacaq.