Saçlarınızı gözəl və baxımlı edəcək 11 sadə tövsiyə


Digərləri 21 İyn 2019 22:22:00 191 0

Saçlarınızı gözəl və baxımlı edəcək 11 sadə tövsiyə

Bəzi çox sadə tövsiyələrə əməl etməklə saçların vəziyyətini xeyli yaxşılaşdırmaq mümkündür.

Son.az saglamolun.az-a istinadən mütəxəssislərin saçlara qulluqla bağlı olan sadə tövsiyələrini sizə təqdim edir.

1. Saçlarınızı yatmazdan qabaq darayın və hörün. Bu saçların dolaşması və qırılmasına mane olacaq.

2. Həftədə 1 dəfə daraqları sabunlu suda yuyun və yaxşı qurudun.

3. Saç maskalarından tez-tez istifadə etməyin - həftədə 1-2 dəfə kifayətdir.

4. Əgər şampun saçınıza uyğun gəlirsə, kəpək, qaşınma, saçların tökülməsi yoxdursa, şampunu tez-tez dəyişməyin. Şampunu tez-tez dəyişmək saçlar üçün ziyanlıdır. Bəzi mütəxəssislər hətta bunu 5 ildən bir etməyi tövsiyə edirlər.

5. Şampun saçlarınıza uyğun seçilməlidir. Yağlı saçlar üçün şampun quru saçları xarab edəcək və əksinə. Uşaq şampunlardan istifadə etməyin.   

6. Saçlarınızı çirkləndikcə yuyun. Bu həftədə 1 dəfə və ya hər gün ola bilər. Saçların uzun müddət çirkli qalması onların sağlamlığına çox pis təsir edir, tökülməyə səbəb olur. Müasir şampunlar saçları hər gün yumaq üçün uyğun gəlir.