Bolqarların yalnız 40 faizi...


Digərləri 21 İyn 2019 21:41:00 208 0

Bolqarların yalnız 40 faizi...

140 ölkədən 140 min nəfərin iştirak etdiyi peyvəndolunma ilə bağlı aparılan qlobal sorğu nəticəsində məlum olub ki, dünyada peyvəndə qarşı etibar azalıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Bolqarıstan vətəndaşlarının yalnız 40 faizi peyvəndin təhlükəsiz olduğunu hesab edir. Bu ölkənin vətəndaşlarının 15 faizi peyvəndin təhlükəli olduğunu düşünür, 35 faizi isə bu məsələyə bitərəf mövqe nümayiş etdirib. Əhalinin 10 faizi isə bu barədə öz fikrini bildirməyib. Ümumiyyətlə Bolqarıstanda peyvəndə etibar Şərqi Avropa ölkələri arasında çox aşağıdır. Peyvəndə etibar dünya miqyasında ən çox Cənubi Asiyada və Şərqi Afrikada, ən az isə Avropada edilir.