Bakıda 19 yaşlı oğlan küçədə bıçaqlandı


Kriminal 21 İyn 2019 21:45:00 236 0

Bakıda 19 yaşlı oğlan küçədə bıçaqlandı

Bakıda gənc oğlan küçədə bıçaqlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Xətai rayonu, Babək prospektində baş verib.

Babək prospekti 32 ünvanının qarşısında Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Quliyev Orxan Samir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.