Avropa komissarı: Bolqarıstan və Rumıniya tezliklə Şengen məkanına daxil olacaq


Dünya 21 İyn 2019 21:35:00 235 0

Avropa komissarı: Bolqarıstan və Rumıniya tezliklə Şengen məkanına daxil olacaq

Bolqarıstan və Rumıniya tezliklə Şengen məkanına daxil olacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Buxarestdə rəsmi səfərdə olan miqrasiya, daxili işlər və vətəndaşlıq üzrə Avropa komissarı Dimitris Avramopulos deyib.

Komissar qeyd edib ki, bunun reallaşması üçün bəzi texniki və praktiki tələblər hələ də yerinə yetirilməyib. Rumıniya, Xorvatiya və Bolqarıstanın bu istiqamətdə səyləri məsələnin daha da tezləşməsinə xidmət edəcək.