Estoniya Almaniyadan 40 milyon avro dəyərində silah alıb


Dünya 21 İyn 2019 21:25:00 311 0

Estoniya Almaniyadan 40 milyon avro dəyərində silah alıb

Estoniya hökuməti Almaniyanın EuroSpike GmbH şirkətindən 40 milyon avro dəyərində tank əleyhinə silah alıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Estoniyanın Müdafiə Nazirliyi müvafiq sənədləri artıq imzalayıb və alınmış silahlar yaxın 7 il ərində ölkəyə gətiriləcək. Bu dövr ərzində əlavə ödənişlə yeni texnikanın alınması da mümkündür. İlkin mərhələdə Estoniya tank əleyhinə silah və sursat alacaq.

Sözügedən şirkət dünyanın 30 ölkəsinə silah satır. Tank əleyhinə istifadə olunan silah 4 min metr uzaqlıqdakı hədəfi nişan alır.