"İlham Əliyev. İnkişaf məqsədimizdir" çoxcildliyinin 85ci kitabı çapdan çıxıb


Siyasət 21 İyn 2019 21:10:00 87 0

"İlham Əliyev. İnkişaf  məqsədimizdir" çoxcildliyinin 85ci kitabı çapdan çıxıb

İqtisadi cəhətdən asılı vəziyyətdə olan ölkələr müstəqil siyasət apara bilmirlər, yaxud da ki, aparmaqda çətinlik çəkir. Biz isə tam müstəqil siyasət aparırıq, bütün məsələlərlə bağlı bizim öz mövqeyimiz var və bu mövqeyi çəkinmədən ifadə edirik. Biz bütün prinsipial məsələlərlə bağlı beynəlxalq kürsülərdən səsimizi ucaldırıq, ədaləti və qanunun aliliyini təbliğ və müdafiə edirik.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin bu günlərdə çapdan çıxmış 85-ci kitabında yer alan bu fikirlər Azərbaycan Respublikasının regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda dövlətimizin başçısının söylədiyi nitqdən götürülüb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2018-ci ilin yanvar-mart aylarını əhatə edir.

Kitabda Prezident İlham Əliyevin İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyi görüşlər haqqında informasiyalar, Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında, "İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması" mövzusunda VI Qlobal Bakı Forumunda söylədiyi nitqlərinin mətnləri yer alıb.

Nəşrə Prezident İlham Əliyevin Azərbaycana səfərə gəlmiş Albaniya Prezidenti ilə görüşünə, habelə Türkiyə, ABŞ, Böyük Britaniya, İtaliya, Niderland, İran, Mərakeş, Yaponiya və digər dövlətlərin, Avropa İttifaqının, Avropa Komissiyasının, ATƏT-in, Dünya Bankının yüksəkvəzifəli şəxslərini qəbul etməsinə dair informasiyalar toplanıb.

Azərbaycan Prezidentinin bütün görüş və danışıqlarında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli yolları prioritet kimi qaldırılıb.

Çoxcildliyin 85-ci kitabına, həmçinin Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayındakı nitqinin, "Rossiya-24" telekanalının müxbirinə müsahibəsinin mətnləri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayının iştirakçılarına məktubu və digər məktubları daxil edilib.

Oxucular bu kitabda dövlətimizin başçısının Mingəçevir şəhərinə, Bərdə rayonuna səfərləri haqqında materiallarla da tanış ola bilər.

Kitabda "Qeydlər", "Şəxsi adlar", "Coğrafi adlar" göstəriciləri verilib.

"Azərnəşr" tərəfindən buraxılan 85-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 85-ci kitabı çapdan çıxıb like
  • 21 İyn 21:06  
Digərləri “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 85-ci kitabı çapdan çıxıb

İqtisadi cəhətdən asılı vəziyyətdə olan ölkələr müstəqil siyasət

arrow Ətraflı
Ağaca dəyən avtomobilin sürücüsü xəstəxanada ölüb like
  • 21 İyn 21:00  
Digərləri Ağaca dəyən avtomobilin sürücüsü xəstəxanada ölüb

Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş

arrow Ətraflı
Azərbaycanda ölüm səviyyəsi azalıb like
  • 21 İyn 20:56  
Digərləri Azərbaycanda ölüm səviyyəsi azalıb

2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanda 20135 ölüm halı qeydə al

arrow Ətraflı
Müğənninin şişirdilmiş dodaqları müzakirə yaratdı  FOTO like
  • 21 İyn 20:50  
Digərləri Müğənninin şişirdilmiş dodaqları müzakirə yaratdı FOTO

Tanınmış Ukrayna müğənnisi Ani Lorakın İnstaqram hesabının hekayə bö

arrow Ətraflı
Rusiyada təhsil alan azərbaycanlı tələbələrin tamaşaları nümayiş olunacaq like
  • 21 İyn 20:45  
Digərləri Rusiyada təhsil alan azərbaycanlı tələbələrin tamaşaları nümayiş olunacaq

24-27 iyun tarixində Rusiyada təhsil alan bu tələbələrin ifasında Azərba

arrow Ətraflı
Ac fil bir nəfəri dişi ilə öldürdü like
  • 21 İyn 20:45  
Digərləri Ac fil bir nəfəri dişi ilə öldürdü

Tailandda milli parkların birində fillər yatmış cütlüyə hücum edib.

arrow Ətraflı
Beşiktaş gənc futbolçunu transfer etməyə çalışır like
  • 21 İyn 20:41  
İdman Beşiktaş gənc futbolçunu transfer etməyə çalışır

Beşiktaş heyətini yeni futbolçu ilə gücləndirm

arrow Ətraflı
Üç ay əvvəl boşanan Demet ərə gedir  FOTO like
  • 21 İyn 20:40  
Digərləri Üç ay əvvəl boşanan Demet ərə gedir FOTO

Keçmiş model Demet Şener gənc sevgilisi iş adamı Cenk Küpeli ilə evləni

arrow Ətraflı
Sloveniyada informatorlar üçün ilk portal fəaliyyətə başlayıb like
  • 21 İyn 20:35  
Digərləri Sloveniyada informatorlar üçün ilk portal fəaliyyətə başlayıb

Sloveniyada informatorlar üçün ilk internet portalı istifadəyə verilib.

arrow Ətraflı
Səidə hovuzdan FOTOsunu paylaşdı like
  • 21 İyn 20:30  
Şou-biznes Səidə hovuzdan FOTOsunu paylaşdı

Müğənni Səidə Dadaşova çimərlik mövsümünə start verən məşhurları

arrow Ətraflı
Ac fil bir nəfəri dişi ilə öldürdü like
  • 21 İyn 20:28  
Digərləri Ac fil bir nəfəri dişi ilə öldürdü

Tailandda milli parkların birində fillər yatmış cütlüyə hücum edib

arrow Ətraflı
3793 yabanı çətənə kolu yandırılıb  FOTO like
  • 21 İyn 20:20  
Kriminal 3793 yabanı çətənə kolu yandırılıb FOTO

Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə müb

arrow Ətraflı