Azərbaycanda ölüm səviyyəsi azalıb


Digərləri 21 İyn 2019 20:56:00 223 0

Azərbaycanda ölüm səviyyəsi azalıb

2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanda 20135 ölüm halı qeydə alınıb.

Bakı. Elçin Mehdiyev – 2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanda 20135 ölüm halı qeydə alınıb. Trend-in məlumatına görə, əhalinin hər 1000 nəfərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm səviyyəsi 6,3-dən 6,2-yə qədər azalıb. Cari ilin dörd ayı ərzində 44741 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (13,8) qalıb. Doğulanların 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqlarıdır. Körpələrdən 924-ü əkiz, 33-ü isə üçəm doğulanlardır.