Ac fil bir nəfəri dişi ilə öldürdü


Digərləri 21 İyn 2019 20:45:00 264 0

Ac fil bir nəfəri dişi ilə öldürdü

Tailandda milli parkların birində fillər yatmış cütlüyə hücum edib.

Son.az Trend-ə istinadən bildirir ki, qida axtarışında olan heyvanlar həmin şəxslərin olduğu çadırı dağıdıb.

Nəticədə, fillərdən biri çadırda olan cütlüklərdən birini - kişini dişi ilə öldürüb. Qadın isə yaxınlıqdakı yük maşınının altında gizlənə bilib.

Qeyd edək ki, son illərdə Tailandda meşələrin qırılması filləri qida axtarışları üçün insanlara yaxınlaşmağa vadar edir.