Robot polis işə başladı


Digərləri 21 İyn 2019 20:04:00 273 0

Robot polis işə başladı

ABŞ-da istehsal edilən "HP Robocop" adlı polis robot Salt Leyk parkında ilk işinə başlayıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, polis robotu rəsmi olaraq polis idarəsinə işə götürülüb.

Hantinqton bələdiyyəsi və polis təşkilatının müştərək layihəsi ilə istehsal edilən robotun 360 dərəcə dönə bilən başlığında yüksək keyfiyyətli görüntü və səs yazan aparat var.

""HP Robocops" polis məmurlarına köməkçi olacağı üçün çox xoşbəxtəm. Bu şəhərimiz üçün çox böyük uğur və texnologiya sahəsində bir inkişafdır. Robotun təhlükəsizliyin təmin edilməsindəki rolunu görmək üçün tələsirəm", - Hantinqton bələdiyyə sədri Karina Masias deyib.