Badamdarda “Mercedes” piyadanı vurub öldürdü


Digərləri 21 İyn 2019 19:17:00 207 0

Badamdarda “Mercedes” piyadanı vurub öldürdü

Səbail rayonu Badamdar şosesində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, iyunun 20-də saat 20 radələrində Səbail rayonu Badamdar şossesində Bakı şəhər sakini V.Allahverdiyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini Qəşəm Hüseynovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Səbail RPİ tərəfindən araşdırma aparılır.