Barcelona Neymar üçün PSG-yə 2 futbolçusunu təklif etdi


İdman 21 İyn 2019 17:46:00 256 0

Barcelona Neymar üçün PSG-yə 2 futbolçusunu təklif etdi

Barcelona klubu sabiq futbolçusu Neymar üçün PSG-yə müraciət edib.

Goal.az xəbər verir ki, kataloniyalılar 26 yaşlı forvard üçün 100 milyon avro, Felippe Koutinyonu və daha bir futbolçu təklif ediblər. Paris klubu əlavə bir oyunçusu qismində Sameul Umtiti – İvan Rakitiç ikilisi arasında seçim edə bilər.

PSG təklifə hələ cavab verməyib. Daha əvvəl fransızların braziliyalı hücumçuya 300 milyon avro qiymət qoyduğu deyilirdi.

Real Madrid klubunun da braziliyalı ulduz futbolçu üçün 130 milyon avro və 2 futbolçu verməyi təklif etdiyi bildirilir.

Qeyd edək ki, PSJ Neymarı 2017-ci ilin yayında Barcelona-dan 222 milyon avro qarşılığında transfer edib. Onun klubu ilə 2022-ci ilin yayına qədər müqaviləsi var. (sports.es)