Azərbaycanlı meyvə satan rusiyalının itirdiyi 1 milyon rublu ona qaytarıb


Digərləri 21 İyn 2019 17:09:00 237 0

Azərbaycanlı meyvə satan rusiyalının itirdiyi 1 milyon rublu ona qaytarıb

İrkutskda meyvə satan və taksi sürücüsü işləyən Şamxal Gözəlov ad-soyadlı 28 yaşlı azərbaycanlı küçədə 1 milyon rubl tapıb və onu sahibinə qaytarıb.

Son.az AZƏRTAC-a istinadla xəbər verir ki, iyunun 20-də dostu ilə birlikdə banka getməyə hazırlaşan Şamxal Gözəlov bankın binasına girəndə bank şöbəsindən çıxan bir kişi gördülər. Əlində çanta və kiçik bir paket olan həmin şəxs maşına minəndə paket onun əlindən düşdü. Bundan xəbəri olmayan kişi maşını sürüb getdi.

Gözəlov fikirləşdi ki, paketdə pul ola bilər. O, dostu ilə birlikdə paketi götürüb açdı və gördü ki, paket həqiqətən 1000 rublluq və 5000 rublluq əskinaslarla doludur. Gözəlov tapdığı paketi maşına qoyub pul sahibinin avtomobilinin dalınca yola düşdü.

Az sonra həmin maşını qovub çata bildi. Gözəlov sürücüyə siqnal verir, onu ötüb keçmək istəyir, İrkutsk sakini isə maşını saxlamır, onu təqib edəndən uzaqlaşmağa çalışırdı. Nəhayət, Gözəlov pul ilə dolu paketi pəncərədən göstərib qışqırdı: "Dostum, sən pulları yerə salmısan!"

Yalnız bundan sonra İrkutsk sakini maşını yolun kənarına sürüb saxladı.