Gürcüstandan gələn maşında siqaret və spirtli içkilər aşkarlandı


Digərləri 21 İyn 2019 16:49:00 256 0

Gürcüstandan gələn maşında siqaret və spirtli içkilər aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-21099" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəticədə minik maşınının arxa və ön oturacaqların içərisində və yük yerində gizlədilən 2000 ədəd "Marlboro" markalı siqaret, hər biri 0.7 litr olan, üzərində "Çistıye Rosı" yazılan 15 ədəd spirtli içki aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.