SON DƏQİQƏ! Gürcüstan parlamentinin spikeri istefa verdi


Dünya 21 İyn 2019 15:42:00 353 0

SON DƏQİQƏ! Gürcüstan parlamentinin spikeri istefa verdi

Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze istefa verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Gürcü arzusu" partiyasının baş katibi bildirib.

Qeyd edək ki, ötən gün Tbilisidə spikerin istefası tələbi ilə etiraz aksiyası keçirilib.

Qeyd edək ki, Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze nümayəndə heyəti ilə birgə ötən gün Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclasını tərk edərək təcili geri qayıdıb.