Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat


İdman 21 İyn 2019 15:38:00 211 0

Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat

Azərbaycanın futbol hakimi Namiq Hüseynov UEFA-dan növbəti dəfə təyinat alıb.

Goal.az-ın məlumatına görə, 32 yaşlı referi UEFA Regionlar Kubokunun final mərhələsində Fransanın Ligue de Normandie və Slovakiyanın West Slovakia komandaları arasında keçiriləcək matçda yan xətt hakimi olacaq. Qarşılaşmanı irlandiyalı Neil Doyle idarə edəcək.

Qeyd edək ki, A qrupunda III turunda keçiriləcək matç iyunun 23-də Bakı vaxtı ilə saat 12:30-da başlayacaq. Hüseynov daha öncə bu qrupun I turunda Ligue de Normandinın Almaniyanın Bayern Munich komandası ilə, həmçinin B qrupunun II turunda Dolny Slask (Polşa) - Castilla-i-Leon (İspaniya) görüşündə iş başında olub.