Sosial islahatlarda ABŞ-la əməkdaşlığın inkişafı müzakirə olunub (FOTO)


Digərləri 21 İyn 2019 15:30:00 184 0

Sosial islahatlarda ABŞ-la əməkdaşlığın inkişafı müzakirə olunub (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki Erl Litzenberq ilə görüş olub.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki Erl Litzenberq ilə görüş olub. ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, nazir Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu-sosial iqtisadi siyasətinin nailiyyətləri barədə məlumat verərək, ölkəmizin dayanıqlı inkişafı şəraitində sosial sahədə mühüm irəliləyişlərin əldə olunduğunu vurğulayıb. O, respublikamızda aparılan siyasətin mərkəzində vətəndaş amilinin dayandığını, iqtisadi tərəqqinin nəticələrinin əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət etdiyini deyib. 2019-cu ildə də bu istiqamətdə əhəmiyyətli addımların atıldığını bildirən nazir dövlət başçısının növbəti sosial paketi kimi, bu günlərdə də 2,1 milyon vətəndaşın əmək haqqı və pensiya formasında gəlirlərinin ciddi şəkildə artırıldığını qeyd edib. S.Babayev əmək, məşğulluq, sosial müdafiə sistemlərinin müasir iş prinsipləri üzərində təkmilləşdirilməsi, DOST layihəsi ilə əhaliyə dövlət sosial xidmətlərinin bir pəncərə prinsipi üzrə təşkili, elektron sistemlərin tətbiqinin genişləndirilməsi sahəsində aparılan islahatlar barədə məlumat verib. Nazir ölkədə sosial cəhətdən həssas qruplar üçün inkluziv əmək bazarının inkişafı sahəsində işlərin geniş miqyas aldığını və bu sahədə icra olunan ardıcıl layihələri diqqətə çatdırıb. O, gənclərin əmək bazarına çxışının dəstəklənməsində ABŞ İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi göstərdiyi “Azərbaycanda İnnovasiya və Məşğulluğun İnkişafı” (SYSLAB) layihəsinin önəmini qeyd edib.