Bakıda küçənin ortasında bıçaqlanan şəxsin vəziyyəti ilə bağlı AÇIQLAMA


Digərləri 21 İyn 2019 15:04:52 163 0

Bakıda küçənin ortasında bıçaqlanan şəxsin vəziyyəti ilə bağlı AÇIQLAMA

Ötən həftə Nəsimi rayonu, "Təzə bazar"ın yaxınlığında bıçaqlanan şəxsin vəziyyəti orta ağırdır.

Bakı. Ceyhun Ələkbərov - Ötən həftə Nəsimi rayonu, "Təzə bazar"ın yaxınlığında bıçaqlanan şəxsin vəziyyəti orta ağırdır. Trend-in məlumatına görə, 1981-ci il təvəllüdlü Yaradanquliyev Ayxan Mahmud oğlu iyun ayının 11-də 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstə elə həmin gün dərhal əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Y.Yaradanquliyevin vəziyyəti hazırda orta ağırdır və o reanimasiya şöbəsindən palataya köçürülüb.