Ölkədə dini ədəbiyyatların çap olunmasının azalma səbəbi açıqlandı


Digərləri 21 İyn 2019 14:51:00 234 0

Ölkədə dini ədəbiyyatların çap olunmasının azalma səbəbi açıqlandı

Azərbaycanda illər üzrə çap olunan dini ədəbiyyatların sayı azalıb.

Son.az Trend-ə idtinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Dövlət-din münasibətləri: nailiyyətlər və perspektivləri" mövzusunda keçirilən konfransda bildirib.

Dini ədəbiyyatların çap olunmasının azalma səbəbini açıqlayan G.İsmayılov deyib ki, artıq bu funksiyanı komitə, onun tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu öz üzərinə götürüb: "Ölkədən kənarda tərcümə əsasında nəşr olunan dini ədəbiyyatlar isə Fondun sifarişi ilə çap edilir".

Komitə sədrinin müavini qeyd edib ki, 2017-ci ildə ölkədə 309 ədəbiyyatın nəşrinə icazə verilib, 4 ədəbiyyatın nəşrinə icazə verilməyib. 2018-ci ildə nəşrinə icazə verilən ədəbiyyatların sayı 166, icazə verilməyən ədəbiyyatların sayı 26 olub.

Onun sözlərinə görə, 2001-ci ildə idxalına icazə verilən ədəbiyyatların sayı 17, idxalına icazə verilməyən ədəbiyyatın sayı 1 olub: "2017-ci ildə 1477 ədəbiyyatın idxalına icazə verilib, 63 ədəbiyyatın idxalına icazə verilməyib, 2018-ci ildə isə 1652 ədəbiyyatın idxalına icazə verilib, 52 ədəbiyyatın idxalına icazə verilməyib".