Həmyerlimiz meksikalıları heyrətləndirdi FOTO


Digərləri 21 İyn 2019 14:24:00 234 0

Həmyerlimiz meksikalıları heyrətləndirdi  FOTO

Bir neçə gün öncə Meksikada yaşayan həmyerlimiz, Azərbaycan Respublikasının əməkdar artisti Çingiz Məmmədovun da iştirakı ilə möhtəşəm konsert proqramı olub.

Son.az bildirir ki, konsertin dirijoru Sankt-Peterburq (Leninqrad) Konservatoriyasının məzunu, San Luis Potosi şəhərinin məşhur orkestirin tanınmış dirijoru, maestro Xose Miramontez olub. Konsertdə Paul Hindemitin və Maks Bruxanın əsərləri səsləndirilib.

Bu barədə Son.az-a diaspor üzrə araşdırmaçı ekspert Elnur Eltürk məlumat verib.

Xatırladaq ki, həmyerlimiz Çingiz Məmmədov Azərbaycan Dövlət Konservatoriyasını alt musiqi aləti üzrə bitirib. Hələ üçüncü kursada oxuyarkən Azərbaycan Dövlət Kamera Orkestrində çalışmağa başlayıb. 1970-ci ildə konservatoriyanı bitirən kimi Çingiz Məmmədov konservatoriyada müəllim kimi fəaliyyətə başlayıb.


Xəbərə aid foto