Bakıda Astara sakinini öldürməyə cəhd edən şəxs məhkəmə qarşısında


Digərləri 21 İyn 2019 14:26:00 202 0

Bakıda Astara sakinini öldürməyə cəhd edən şəxs məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Elvin Həmzəyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Elvin Həmzəyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və iş üzrə məhkəmənin baxış iclası iyulun 1-ə təyin edilib. İttihama görə, İmişli rayon sakini Elvin Həmzəyev 2018-ci il noyabrın 27-də Nərimanov rayonu ərazisində münaqişə zəminində Astara rayon sakini Tural Tarverdiyevə bıçaqla ağır bədən xəsarəti yetirib. O, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.