Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 200 milyon manat artırılır


Digərləri 21 İyn 2019 14:19:00 237 0

Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 200 milyon manat artırılır

Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 2019-cu ildə 200 mln. manat (5,1%) artırılıb. Artırılan məbləğ nəticəsində fondun dövlət büdcəsindən asılılığının səviyyəsi 38,3%-dən 32,8%-ə qədər azalması gözlənilir ki, bu da onun maliyyə dayanıqlılığının təmin edilməsində xüsusi əhəmiyyət kəsb edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

Onun sözlərinə görə, dövlət başçısı tərəfindən əməkhaqlarının ayrı-ayrı sahələr üzrə 20-40% artımı ümumilikdə 18,7%-lik məcburi dövlət sosial sığorta haqları üzrə artım üçün əsas mənbə hesab ediləcək:

"Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin 200 milyon artması onun yuxarı həddində həyata keçirilir. 2019-cu ilin büdcəsi qəbul olunarkən 3 faizlik yuxarı hədd qoyulsa da, bu, tam deyil, 2,7-2,8 faiz həcmində idi. 200 milyon manat vəsaitin artması büdcə qaydalarının pozulmasına gətirib çıxarmayıb. Dövlət Sosial Müdafiə Fondunun büdcəsində 150 milyon manat azaldılıb, büdcənin özündə məbləğ artırılır və hüquq-mühafizə orqanlarının xərclərinə yönəldilir".