İran vətəndaşı Azərbaycana kapuçinonun içərisində narkotik keçirmək istədi


Digərləri 21 İyn 2019 14:09:01 243 0

İran vətəndaşı Azərbaycana kapuçinonun içərisində narkotik keçirmək istədi

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə Azərbaycan Respublikası vətəndaşının İran İslam Respublikasından narkotik maddə əldə edərək Azərbaycana Respublikasına gətirəcəyi barədə əməliyyat məlumatı daxil olub.

Bakı. Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə Azərbaycan Respublikası vətəndaşının İran İslam Respublikasından narkotik maddə əldə edərək Azərbaycana Respublikasına gətirəcəyi barədə əməliyyat məlumatı daxil olub. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn həmin şəxs saxlanılıb. Gömrük nəzarəti zamanı onun təqdim etdiyi 1 ədəd qara rəngli sellofan torba və 1 ədəd orta həcmli çantadakı yüklər yoxlanılıb. Bu zaman həmin çantalarda 6 ədəd üzərində "Tora Bıka cappuccıno" yazılı paketlərin hər birinin içərisində yerləşdirilməklə gömrük nəzarətindən gizlədilmiş, ümumi xalis çəkisi 244,035 qram olan narkotik vasitə - heroin, eləcə də müxtəlif ərzaq məhsullarının qablaşdırıldığı 5 ədəd paketin içərisindən isə ümumi xalis çəkisi 484,153 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib. Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.