Ölkədə uşaq ölümü 90cı illərə nisbətən 3 dəfə azalıb


Digərləri 21 İyn 2019 13:34:00 316 0

Ölkədə uşaq ölümü 90cı illərə nisbətən 3 dəfə azalıb

Uşaqlar arasında ölüm halları 90-cı illərə nisbətən 3 dəfə azalıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib.

N.Quliyev bildirib ki, amma bununla kifayətlənmək olmaz:

"Biz çalışırıq ki, uşaq ölümlərinin statistikası dünyanın ən inkişaf etmiş ölkələrində qeydə alınan rəqəmlərə yaxınlaşsın. Bu məqsədlə ana və uşaqların sağlamlığı üçün tədbirlər həyata keçiririk".