Nazir müavini: "Ölkədə inflyasiya göstəriciləri proqnozlaşdırılan rəqəmlərdən çox fərqli olmayacaq"


Digərləri 21 İyn 2019 13:20:00 282 0

Nazir müavini: "Ölkədə inflyasiya göstəriciləri proqnozlaşdırılan rəqəmlərdən çox fərqli olmayacaq"

İlin axırına qədər Azərbaycanda inflyasiya göstəriciləri proqnozlaşdırılan rəqəmlərdən çox fərqli olmayacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

A.Bayramov vurğulayıb ki, bu günə qədər hökumətin həyata keçirdiyi siyasət inflyasiyanın nəzarət altında saxlanılmasına imkan yaradıb.

A.Bayramov əlavə edib ki, növbəti aylarda da nifilyasiya nəzarət altında saxlanılacaq.