Gilası 11 manata görüb əliboş qayıdanlar... FOTO


Digərləri 21 İyn 2019 12:30:00 202 0

Gilası 11 manata görüb əliboş qayıdanlar...  FOTO

Qiymətlərdən belə görünür ki, bu il mürəbbə bişirə bilməyəcəyik.

Son.az xəbər verir ki, bu sözləri qafqazinfo-ya səhər tezdən gilas almaq üçün yarmarkaya üz tutan Bakı sakini Sədaqət İsmayılova deyir. Daha bir neçə piştaxtaya yaxınlaşan Sədaqət xanımı bu dəfə də qiymətlər razı sala bilmir və o yarmarkadan əliboş çıxmaq məcburiyyətində qalır.

Səadət İsmayılova kimi bu il evdən meyvə almaq üçün çıxıb əliboş qayıdanların sayı xeyli çoxdur. Bu nəticəyə sosial şəbəkələrdə müşahidə etdiyimiz şikayətlərdən də gəlmək mümkündür: 

"Bu il Göycə alçasının qiyməti enmədi. Supermarketlərdə iri gilas 11 manat, Göycə 9 manat, ərik 5 manata təklif olunur". 

Sahibkarlardan qiymət bahalığının səbəblərini soruşduqda birinci məhsulun az olmasını, ikinci olaraq isə topdanşatış qiymətlərinin bahalığını göstərirlər. Odur ki, qiymətləri müqayisə etmək üçün "Meyvəli"yə yollanırıq.

Burada qiymətlər nisbətən aşağı olsa da, yenə də alıcıların narazılıqları var.

İri gilas və albalının topdansatış qiymətinə 1 manatdan 7 manata kimi rast gəlirik. Əsas müşahidə olunan qiymət 3 manatdır. Şaftalının kilosu 2 - 3.50 manat arasında dəyişir. Ərik 2.5 manat, alça 2-4 manat arası dəyişir.

Burada məhsullar topdan və pərakəndə halında satışa çıxarılır. 

Aqrar sahə üzrə iqtisadçı - ekspert Vahid Məhərrəmli deyir ki, bu il giləmeyvələrin qiymətində müşahidə olunan qiymət artımının əsas səbəbi son 10 ildə meyvə-tərəvəzin məhsuldarlığının kəskin şəkildə azalmasıdır. Onun sözlərinə görə, məhsuldarlığın azalmasında həm subyektiv, həm də obyektiv amillərin rolu var:

"Obyektiv səbəb ondan ibarətdir ki, iqlim dəyişikliyi baş verir, zərərvericilər, xəstəliklər geniş yayılıb. Subyektiv amil isə ondan ibarətdir ki, ölkəyə son 20 ildə gətirilən gübrə və pestisidlərin keyfiyyəti çox aşağıdır. Hətta Prezident özü ötən il pambıqçıların müşavirində bunu səsləndirib.

İndi təsəvvür edin əvvəllər fermerlər 5-6 dəfə zərərvericilərə qarşı tədbir həyata keçirirdilərsə, indi 20 dəfədən çoxdur. Bu, o deməkdir ki, onların xərci 4-5 dəfədən çox artıb. Bu səbəbdən də kəndli gəlir əldə etmək üçün məcbur qalıb qiyməti artırır. 


Xəbərə aid fotolar