"İlin əvvəlindən 463 sahibkara 46 milyon manat güzəştli kredit verilib"
Digərləri 21 İyn 2019 11:58:00 231 0
Bu ilin əvvəlindən bəri 463 sahibkarın ümumi dəyəri 175,7 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 46 milyon manat güzəştli kredit verilib.
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
Nazir müavininin sözlərinə görə, həmin investisiya layihələrin reallaşdırılması 1800-dək iş yerinin yaradılmasına imkan yaradır.
Sahib Məmmədov, həmçinin qeyd edib ki, Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 29 sahibkara heyvandarlıq, bağçılıq, tərəvəzçilik sahələrinin inkişafı üçün 781 min manat güzəştli kredit verilib.
Mənbə: milli.az