"YouTube" uşaqlar üçün ayrı platforma yaratmaq istəyir


Digərləri 21 İyn 2019 11:40:00 312 0

"YouTube" uşaqlar üçün ayrı platforma yaratmaq istəyir

"YouTube" rəhbərliyi azyaşlı istifadəçiləri pis məzmunlu videoçarxlardan qorumaq üçün uşaq məzmununu ayıraraq onu ayrı bir platformaya daşımağı planlaşdırır.

Son.az "ICTnews"a istinadən xəbər verir ki, təklif edilən yeni platforma "YouTube Kids" mobil proqramı tərəfindən idarə olunacaq.

Ancaq bu, şirkət üçün kifayət qədər əlverişsiz qərardır, çünki uşaqlar sözügedən videohostinqin ən aktiv istifadəçiləri hesab olunur və baxılan reklam çarxlarından böyük gəlir qazandırırlar.

Həmçinin rəhbərlik uşaq auditoriyası üçün yeni videonun avtomatik göstərilməsi xidmətini deaktiv etmək istəyir. Şirkət bu xidmətə görə tez-tez tənqid edilir, çünki zərərsiz məzmuna baxışdan sonra təhlükəli çarxlar təklif edilə bilər.