Rusiya "Proton-M" raketinin buraxılışını təxirə saldı


Digərləri 21 İyn 2019 10:22:00 181 0

Rusiya "Proton-M" raketinin buraxılışını təxirə saldı

Baykonurda "Proton-M" raketinin bu gün üçün nəzərdə tutulan buraxılışı təxirə salınıb.

Bakı. Baykonurda "Proton-M" raketinin bu gün üçün nəzərdə tutulan buraxılışı təxirə salınıb. Trend-in məlumatına görə, "Roskosmos" raketin buraxılışını 1 sutka müddətinə ləngidib. Raketin bu gün gündüz yerli vaxtla saat 15:17-də səmaya buraxılacağı nəzərdə tulmuşdu. Məlumata görə, raket buraxılışa hazırlanarkən son anda nəzərə alınması vacib olan düzəliş ortaya çıxıb.