Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaları uzadıb


Dünya 21 İyn 2019 08:40:00 211 0

Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaları uzadıb

Avropa İttifaqının zirvə toplantısında Rusiyaya qarşı iqtisadi sanksiyaların altı aya qədər uzadılması üçün siyasi bir qərar verilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa Şurasının nümayəndəsi bildirib.

Qeyd edək ki, indiki sanksiyaların müddəti iyulun 31-də bitir.

Sanksiyalar maliyyə, enerji və müdafiə sahələri, eləcə də ikili təyinatlı malları əhatə edir.