Ermənistan əhalisi kəskin azalacaq HESABAT


Dünya 21 İyn 2019 08:48:00 239 0

Ermənistan əhalisi kəskin azalacaq  HESABAT

2100-cü ildə Ermənistan əhalisi bugünkü 3 milyon nəfərdən 2 milyonadək azalacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu haqda BMT-nin demoqrafik hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, Ermənistan əhalisi 2030-cu ildə 2,9 milyona çatacaq, lakin 2050-ci ildə 2,8 milyon, 2100-cü ildə isə 2,039 milyon nəfərədək azalacaq.

Hesabatda həmçinin o da proqnozlaşdırılır ki, Azərbaycanın hazırda 10,048 milyon nəfər olan əhalisi 2100-cü ildə 9,192 milyon nəfərədək azalacaq.