"Netflix"in işində nasazlıq yaranıb


Dünya 21 İyn 2019 08:33:00 191 0

"Netflix"in işində nasazlıq yaranıb

ABŞ-ın "Netflix" video servisinin işində problemlər müşahidə olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Downdetector" servisinin səhifəsində bildirilib.

Məlumata əsasən, "Netflix"in işində problemlər ABŞ-ın Şərq sahilləri vaxtı ilə saat 18:37-dən müşahidə olunur.

Nasazlıq ilə bağlı daha çox Böyük Britaniya, Almaniya, Niderland və Fransada şikayət ediblər. Problemlər ABŞ və Kanada da müşahidə olunub.