Ərəb koalisiyası Yəməndə husilərin minalanmış katerlərinə zərbələr endirib


Dünya 21 İyn 2019 08:26:00 259 0

Ərəb koalisiyası Yəməndə husilərin minalanmış katerlərinə zərbələr endirib

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası Hodeyda liman-şəhəri yaxınlığında yerləşən "Ənsar Allah" hərəkatından (husilər) Yəmən üsyançılarının obyektlərinə zərbələr endirib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Əl-Arabiya" telekanalı xəbər verib.

Koalisiya bildirir ki, hədəflər arasında husilər tərəfindən "terrorçuluq hərəkətləri və beynəlxalq gəmiçiliyə təhlükə" yaratmaq üçün hazırlanan minalanmış katerlər olub.

Koalisiyanın zərbələri husilər tərəfindən Səudiyyə Ərəbistanın ən böyük elektrik stansiyasından birinə həyata keçirilmiş raket hücumundan sonra endirilib.