Pay torpaqlarının idarə olunması üçün yeni TƏKLİF


Digərləri 21 İyn 2019 07:55:00 75 0

Pay torpaqlarının idarə olunması üçün yeni TƏKLİF

Azərbaycanda kənd təsərrüfatı təyinatlı pay torpaqları olan insanların həmin torpaqları birləşdirərək onlardan müasir tipli mülkiyyət formaları - kənd təsərrüfatı artellərinin yaradılması təklif edilir.

Son.az xəbər verir ki, bu təklifi irəli sürən Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, kənd təsərrüfatı elmləri namizədi Ənvər Əliyev Trend-ə bildirib ki, rayonlarda pay torpaqları olan insanların əksəriyyəti ya onlardan istifadə etmir, ya da onları kiməsə ucuz qiymətə icarəyə verir. Amma həmin insanlar birləşərək pay torpaqlarının hesabına təsərrüfat birliyi yaradarlarsa, torpaqlarından daha səmərəli istifadə edə bilərlər. Bu, kəndlərdə yaşayan insanların məşğulluğunu təmin etməklə yanaşı, şəhərlərə demoqrafik axının da qarşısını alar.

Belə təsərrüfat birliklərinin dünyanın bir çox ölkələrində olduğunu nəzərə çatdıran alim İsmayıllının İvanovka kəndində buna oxşar təsərrüfatların olduğunu vurğulayıb:

"İvanovkada bu tipli təsərrüfat sistemindən olduqca gözəl nəticələr əldə edirlər. Kənddə hər kəsin vətəndaş olaraq mülkiyyət payları var və onlar bundan kifayət qədər gəlir əldə edə bilirlər. Belə artelləri Azərbaycanın coğrafi xüsusiyyətlərini nəzərə almaqla, istənilən rayonda yaratmaq olar. Məsələn, Şamaxıda artellər yaratmaqla üzümçülük sahəsini inkişaf etdirmək olar. Vaxtilə Şamaxı rayonunda il ərzində 300 min tona yaxın üzüm istehsal edilib, sovet dövründə Azərbaycanda büdcə gəlirlərinin 30 faizi üzümçülükdən əldə edilib".

Ə.Əliyev qeyd edib ki, artellər yaradıldıqda onların biznes planı hazırlanıb Ədliyyə Nazirliyində təsdiqlənə və daha sonra dövlət tərəfindən birliklərə kreditlər verilə bilər. Artelləri yaradan insanlar rotasiya yolu ilə ona rəhbərlik etməklə gəlirləri də pay torpaqları və bacarıqları nəzərə alınmaqla, bölüşdürülə bilərlər. Burada əsas üstünlük həm də vətəndaşın mülkiyyət hüququnuin saxlanılmasıdır.

Türkiyənin müdafiə naziri ilə NATOnun baş katibi arasında telefon danışığı olub like
  • 21 İyn 07:48  
Dünya Türkiyənin müdafiə naziri ilə NATOnun baş katibi arasında telefon danışığı olub

Türkiyə müdafiə naziri Hulusi Akar və NATO-nun baş katibi Yens Stoltenberq

arrow Ətraflı
Pay torpaqlarının idarə olunması üçün yeni TƏKLİF like
  • 21 İyn 07:46  
Digərləri Pay torpaqlarının idarə olunması üçün yeni TƏKLİF

Pay torpaqlarından artellər yaratmaq təklif edilir.

arrow Ətraflı
Hindistanda avtobus qəzasında 43 nəfər ölüb like
  • 21 İyn 07:45  
Digərləri Hindistanda avtobus qəzasında 43 nəfər ölüb

Şimali Hindistanın Himaçal-Pradeş vilayətində avtobus dərəyə düşüb

arrow Ətraflı
Səudiyyə HHQ qüvvələri Yəməndən buraxılmış dronu vurub like
  • 21 İyn 07:41  
Dünya Səudiyyə HHQ qüvvələri Yəməndən buraxılmış dronu vurub

Səudiyyə Ərəbistanın hava hücumundan müdafiə qüvvələri "Ənsar A

arrow Ətraflı
Ailəyə dəstək siyasəti üzrə ən yaxşı ölkələr like
  • 21 İyn 07:35  
Digərləri Ailəyə dəstək siyasəti üzrə ən yaxşı ölkələr

Portuqaliya Avropa İttifaqına və İqtisadi Əməkdaşlıq və İnkişaf Təş

arrow Ətraflı
Köhnə təyyarəni alıb özünə ev qurdu  FOTO like
  • 21 İyn 07:28  
Digərləri Köhnə təyyarəni alıb özünə ev qurdu FOTO

Amerikanın Oreqon ştatında təqaüdə çıxmış elektik mühəndisi köhnə

arrow Ətraflı
Ermənistan əhalisi kəskin azalacaq - HESABAT like
  • 21 İyn 07:21  
Digərləri Ermənistan əhalisi kəskin azalacaq - HESABAT

2100-cü ildə Ermənistan əhalisi bugünkü 3 milyon nəfərdən 2 milyonadək

arrow Ətraflı
Tibb sahəsində süni intellektin tətbiqi üzrə dünya lideri like
  • 21 İyn 07:21  
Digərləri Tibb sahəsində süni intellektin tətbiqi üzrə dünya lideri

Çin tibdə süni intellektin tətbiqi üzrə dünyada birinci yeri tutur. Bu g

arrow Ətraflı
"Chernobyl" miniserialından 5 katastrofik epizodu əks etdirən FOTO like
  • 21 İyn 07:00  
Digərləri "Chernobyl" miniserialından 5 katastrofik epizodu əks etdirən FOTO

Son.az sherg.az-a istinadən ABŞ-ın "HBO" telekanalı və Birləşm

arrow Ətraflı
Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaları uzadıb like
  • 21 İyn 07:00  
Digərləri Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaları uzadıb

Avropa İttifaqının zirvə toplantısında Rusiyaya qarşı iqtisadi sanksiyal

arrow Ətraflı
"Netflix"in işində nasazlıq yaranıb like
  • 21 İyn 06:20  
Digərləri "Netflix"in işində nasazlıq yaranıb

ABŞ-ın "Netflix" video servisinin işində problemlər müşahidə olunub

arrow Ətraflı