Ailəyə dəstək siyasəti üzrə ən yaxşı ölkələr


Digərləri 21 İyn 2019 07:35:00 257 0

Ailəyə dəstək siyasəti üzrə ən yaxşı ölkələr

Portuqaliya Avropa İttifaqına və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv dövlətlər arasında ailəyə dəstək siyasəti üzrə ən yaxşı beşinci ölkədir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqata daxil edilən 41 ölkə arasında Portuqaliya atalıq məzuniyyətinin müddətinə görə üçüncü yeri tutur: portuqaliyalı kişilərə 12,5 həftə ödənişli məzuniyyət verilir.

Elə həmin hesabatda göstərilir ki, bir çox valideynlər tam lisenziyadan istifadə etmirlər. Portuqaliyada isə bu göstərici təqribən 60 faiz təşkil edir.

Hesabatda xatırladılan ölkələrdən səkkizində - ABŞ, İsveçrə, Slovakiya, Yeni Zelandiya, İsrail, İrlandiya, Çex Respublikası və Kiprdə atalığa görə ödənişli məzuniyyət verilmir.

Portuqaliya yeddinci ölkədir ki, burada üç yaşınadək uşaqların əksəriyyəti (50 faizi) bağçalara qəbul olunur.