Bura addımını atan intihar edir Dünyanın ən qorxunc meşəsinin FOTOLARI


Digərləri 21 İyn 2019 07:14:00 289 0

Bura addımını atan intihar edir  Dünyanın ən qorxunc meşəsinin FOTOLARI

Yaponiyanın Fuji dağının yanındakı Aokigahara meşəsində hər il 100 insan intihar edir.

Son.az ölkə.az-a istinadən bildirir ki, yerli və xarici turistlər bu meşəyə Fuji dağını müxtəlif prizmalardan görmək, dağın fotolarını çəkmək və təbiətlə baş-başa qalmaq üçün gəlirlər.

Burada insanlar üçün xüsusi marşrut xətləri quraşdırılıb. Bu xətdən çıxanlar isə sıx bitki örtüyü olan meşədə itməklə nəticələnir. İstiqaməti tapmaq isə qeyri-mümkünə çevrilir. Amma bununla belə, meşənin dərinliklərinə qədər gedənlər var. Bildirilir ki, bu meşə intihar mərkəzinə çevrilib. Hər il yüz insan burada intihar edir.

Aokigaharanın girşində sonuncu dəfə bu meşəyə gəlmək üçün istifadə edilən və tərk edilən maşınlar çoxdur. Meşəyə girəndə "od yandırmayın, meşəni zibilləməyin" elanı əvəzinə "Lütfən intihar etməyin, həyat sizə verilmiş bir hədiyyədir, ailənizi və dostlarınızı düşünün" lövhəsi var. Meşənin dərinliklərində isə vida mesajları var. Bir çoxu özünü ağacdan asır, bəziləri isə dərman qəbul edərək intihar edirlər.


Xəbərə aid fotolar