"Chernobyl" miniserialından 5 katastrofik epizodu əks etdirən FOTO


Digərləri 21 İyn 2019 07:00:00 274 0

"Chernobyl" miniserialından 5 katastrofik epizodu əks etdirən FOTO

Son.az sherg.az-a istinadən ABŞ-ın "HBO" telekanalı və Birləşmiş Krallığın "Sky" şəbəkəsi tərəfindən birgə istehsal edilmiş "Chernobyl" miniserialından fotoları təqdim edir.  

Bu fotolarda 1986-cı ildə Ukrtahada Çernobıl AES-də baş vermiş faciəni əks etdirən 5 episod ıks olunub.

Qeyd edək ki, filmdə Çernobıl (ing. Chernobyl) - rejissorluğunu Yohan Renkin, ssenaristliyini isə Kreyq Mazinin etdiyi beşseriyalı Birləşmiş Krallıq və ABŞ tarixi dram televiziya miniserialıdır. Miniserial 1986-cı ilin aprel ayında SSRİ respublikalarından olan Ukrayna SSR-nin Pripyat şəhərindəki Çernobıl AES-də baş vermiş faciəni və daha sonra gerçəkləşən tayı-bərabəri olmayan təmizləmə işlərini təsvir edir. Miniserialın aktyor heyəti müxtəlif Avropa ölkələrindən olan aktyorlardan təşkil olunub, baş rolları Cared Harris, Stellan Skarsqord, Emili Uotson və Pol Ritter canlandırır.

Miniserial ABŞ-ın "HBO" telekanalı və Birləşmiş Krallığın "Sky" şəbəkəsi tərəfindən birgə istehsal edilib. Miniserialın ilk epizodu 6 may 2019-cu il tarixində ABŞ-da, 7 may 2019-cu il tarixində isə Birləşmiş Krallıqda yayımlanıb. Miniserial həm Birləşmiş Krallıq, həm də ABŞ tənqidçiləri tərəfindən çox təriflənib.


Xəbərə aid fotolar