ABŞda intiharlar, yüksək dozada narkotik və alkoqol qəbul edilməsi nəticəsində ölüm hallarının sayı rekord səviyyəyə çatıb


Dünya 21 İyn 2019 06:30:00 216 0

ABŞda intiharlar, yüksək dozada narkotik və alkoqol qəbul edilməsi nəticəsində ölüm hallarının sayı rekord səviyyəyə çatıb

ABŞ-da intiharlar, yüksək dozada artıq narkotik və alkoqol qəbul edilməsi nəticəsində ölüm hallarının sayı rekord səviyyəyə çatıb. Nəticədə orta ömrün uzunluğu azalır, vaxtsız ölüm hallarının sayı artır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatlar səhiyyəyə dəstək üzrə "Birlik Fondu" adlı ictimai qrupun hesabatında öz əksini tapıb. Hesabatda 47 müxtəlif göstərici, o cümlədən ölüm hallarının sayı, tibbi xidmətdən istifadə imkanı, tibbi yardımın keyfiyyəti, piylənmə və siqaretçəkmə kimi göstəricilər əsasında qiymətləndirmə aparılması təklif olunur.

Alkoqoldan sui-istifadə və intihar ilə bağlı ölüm halları ölkənin qərb ştatlarında nisbətən az yayılıb. Men, Nyu-Hempşir, Vermond, Massaçusets, Rod-Aylend, Konnektikut ştatlarında və cənub-şərq bölgəsindəki ştatlarda isə yüksək dozada narkotiklər qəbulu ilə bağlı ölüm hallarının artması bildirilir. Bu böhrana şərait yaradan səbəblər öldürücü təsir göstərən fentanil kimi sintetik narkotik vasitələrdən sui-istifadə edilməsi ilə bağlıdır.

Xəstəliklərə nəzarət və onların profilaktikası mərkəzlərinin verdiyi məlumata görə, 2017-ci ildə ABŞ-da gözlənilən orta ömür müddəti əvvəlki ildəkinə nisbətən təqribən 0,1 bənd azalaraq 78,6 yaşa bərabər olub. Orta ömrün azalması narkotiklərdən sui-istifadə və intihar hallarının durmadan artması ilə bağlıdır.