Ərəb koalisiyası Yəməndə husilərin minalanmış katerlərinə zərbələr endirib


Digərləri 21 İyn 2019 05:20:00 183 0

Ərəb koalisiyası Yəməndə husilərin minalanmış katerlərinə zərbələr endirib

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası Hodeyda liman-şəhəri yaxınlığında yerləşən "Ənsar Allah" hərəkatından (husilər) Yəmən üsyançılarının obyektlərinə zərbələr endirib

Bakı. Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası Hodeyda liman-şəhəri yaxınlığında yerləşən "Ənsar Allah" hərəkatından (husilər) Yəmən üsyançılarının obyektlərinə zərbələr endirib. Trend-in məlumatına görə, bu barədə "Əl-Arabiya" telekanalı xəbər verib. Koalisiya bildirir ki, hədəflər arasında husilər tərəfindən "terrorçuluq hərəkətləri və beynəlxalq gəmiçiliyə təhlükə" yaratmaq üçün hazırlanan minalanmış katerlər olub.