"Miss&Mister Planet of Azerbaijan 2019" final mərhələsinin iştirakçıları müəyyənləşib (FOTO)


Digərləri 21 İyn 2019 00:40:25 257 0

"Miss&Mister Planet of Azerbaijan 2019" final mərhələsinin iştirakçıları müəyyənləşib (FOTO)

“Best Model of Azerbaijan 2018” təşkilatçıları yenı bir beynəlxalq layihəyə start verib.

Bakı. “Best Model of Azerbaijan 2018” təşkilatçıları yenı bir beynəlxalq layihəyə start verib. Trend-in məlumatına görə, ”Miss & Mister Planet of Azerbijan 2019” adlanan bu layihəyə 200-dən çox gənc kastinqlərə qatılıb. Final mərhələsinə 25 oğlan və qız seçilib. “Miss & Mister Planet of Azerbaijan 2019” iştrakçıları Baku Marshal Clubu ziyarət etdilər. Burada Baku Marshal Clubun prezidenti və F1 operativ direktoru Çıngiz Mehtiyev və Senior Marshal və layihənin fitness direktoru Sair İsgəndərov, iştrakçılara Baku Marshal Club haqqında geniş məlumat verdilər. Görüşün davamı olaraq iştrakçılar videoçarxlara baxıb, Çingiz Mehtiyeva və Sair İsgəndərova təşəkkürlərini bildirdilər. Baku Marshal Club “Miss & Mister Planet of Azerbaijan 2019” layihəsin rəsmi partnyorudur. Təşkilatı heyyət: Aqil Məmiyev – layihənin milli direktoru Pərviz Əzim-zadə - layihənin direktoru Sadiq Cəfərov – baş produsser Mübariz Allahverdizadə - layihənin baş xoreoqraf Sair İsgəndərov – layihənin fitness direktoru Mədina Abdullayeva – layihənin aparıcısı Münsif heyyətinə daxil olanlar: Nura Suri – estrada müğənnisi Aqil Məmiyev – tanınmış blogger,layihənin milli direktoru