Azərbaycan nefti ucuzlaşır


Digərləri 20 İyn 2019 23:30:00 218 0

Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 19-da 63,47 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 19-da 63,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,64 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,65 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,61 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,64 dollar/barel azdır.