BMW yeni Mkonseptini nümayiş etdirəcək FOTO


Digərləri 20 İyn 2019 23:30:00 315 0

BMW yeni Mkonseptini nümayiş etdirəcək  FOTO

Yaxın zamanlarda BMW şirkəti Münhendə keçiriləcək xüsusi tədbirdə 8 Series Gran Coupe modelinin seriya variantını təqdim edəcəkdir. Lakin, seriya modeli alman istehsalçısının nümayiş etdirəcəyi yeganə avtomobil olmayacaqdır. Münhendə Vision M Next adlı konsept də debüt edəcəkdir.

Son.az autograph.az-a istinadən bildirir ki, hələlik konsept haqqında onun adından savayı heç bir məlumat verilməyib. Məşhur fotoqraf Tomas Demand tərəfindən hazırlanmış qeyri-adi şaquli formatda olan tizerlər isə, BMW şirkətinin ikiqapılı kupe hazırladığından xəbər verir. Avtomobilin kuzovu boz rəngə boyanacaq, qırmızı və qara rəngli seçilən dekor elementlərinə sahib olacaqdır.

Tomas Demand Vision xəttindən olan konseptin radikal dizayna malik olduğunu söyləyib və avtomobilin formalarından xüsusilə həzz aldığını vurğulayıb.


Xəbərə aid fotolar