Kia şirkəti Seltos krossoverinin yeni videotizerini yayıb VİDEO


Digərləri 20 İyn 2019 23:01:00 223 0

Kia şirkəti Seltos krossoverinin yeni videotizerini yayıb  VİDEO

Kia şirkəti yeni Seltos krossoverinin reklam kampaniyasını davam etdirir. Bu dəfə koreyalı istehsalçı krossoverin kuzov elementlərinin daha yaxşı əks etdirildiyi videogörüntüləri yayıb. Yeni krossover 20 iyun tarixində debüt edəcək.

Son.az autograph.az-a istinadən bildirir ki, Kia bir müddət bundan öncə yığcam krossoverin eksteryer və interyerinin eskizlərini də dərc edib. Bu gün isə, Cənubi Koreya istehsalçısı krossoverin adını açıqlayıb - Seltos. Əslində Autoblog.com saytı sayəsində Kia Seltos modelinin eksteryeri dizaynı və adı bizim üçün sirr deyil. Bu yaxınlarda sayt avtomobilin reklam çarxının çəkilişləri zamanı paparazzilər tərəfindən çəkilmiş şəkillərini dərc etmişdi.

Kia marketoloqları avtomobilin adının yunan mifologiyasından götürüldüyünü söyləyirlər. Onlar avtomobilin əfsanəvi qəhrəman Heraklın oğlu Keltin (Celtos) şərəfinə adlandırıldığını bildiriblər. Bəs onda niyə Celtos deyil, məhz Seltos? Koreaylılar bunun  səbəbinin krossoverə xas olan sürət, üslub, zəriflik, məkan və idman (bu sözlər ingilis dilində "S" hərfi ilə başlayırlar) kimi xüsusiyyətlər ilə izah edirlər.