Sizdə bu simptomlar varsa, daha çox


Digərləri 20 İyn 2019 23:03:00 222 0

Sizdə bu simptomlar varsa, daha çox

Su orqanizmin normal fəaliyyəti üçün qida qədər və hətta, deyə bilərik, qidadan daha vacibdir.

Məhz bu səbəbdən insan az su içəndə bu dərhal onun orqanizminin fəaliyyətinə təsir edir, müxtəlif pozulmalara səbəb olur. Təəssüf ki, insanların bir çoxu bu problemləri mayenin az qəbulu ilə deyil, digər səbəblərlə əlaqələndirərək dərmanlara üz tutur.

Son.az saglamolun.az-a istinadən Ruisya KİV-lərinə istinadla sizi suyun az qəbulu ilə bağlı ola bilən sağlamlıq problemləri ilə tanış edir:

- Yorğunluq, süstlük, yuxululuq,  tonusun azalması

Az su içən insanın orqanizmində qan qatılaşır və qan dövranı zəifləyir. Nəticədə bütün orqan və sistemlərin funksiyaları ləngiyir və zəifləyir.

- Baş ağrısı

Yuxarıda qeyd etdiyimiz kimi, az su içən insanın qanı qatılaşır ki, bu da qan dövranına mənfi təsir edir. Nəticədə orqanizm daha az oksigen alır ki, bu da ilk növbədə beyin üçün ziyanlıdır.   

- İştahanın səbəbsiz artması

Beynimizdə maye qəbulu və iştahaya cavabdeh olan hissələr yaxın yerləşir. Bu səbəbdən insan susuzluqdan əziyyət çəkdikdə orqanizm bunu aclıq kimi "başa düşə" bilər. Belə hallarda su için. "Aclıq" keçibsə, deməli siz əslində su istəyirdiniz.

- Göz quruluğu