Bakıda qayın yeznəsini qətlə yetirib,


Digərləri 20 İyn 2019 22:52:00 192 0

Bakıda qayın yeznəsini qətlə yetirib,

Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, rayonun Yeni Suraxanı qəsəbəsində təxminən 35 -40 yaçlarında olan Ərəsov Muşviq Etibar oğlu bacısının əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib. O, ürəyindən iki bıçaq zərbəsi alıb və yerindəcə keçinib.

Hadisəni törədən şəxs daha sonra həyat yoldaşı, 1991-ci il təvəllüdlü Ərəsova Zülfiyyə Etibar qızına bir neçə bıçaq zərbəsi vurub. Yaralı qadın ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.