Hər zaman cavan qalan Cavan Zeynallı


Şou-biznes 20 İyn 2019 22:56:00 277 0

Hər zaman cavan qalan Cavan Zeynallı

İyunun 20-də ADA Universitetində Xalq artisti, müğənni-cazmen Cavan Zeynallının yaradıcılıq gecəsi keçirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədbir Cavan Zeynallının həyat və yaradıcılığına həsr olunan videoçarxın nümayişi ilə başlanıb.

Gecədə Cavan Zeynallı Azərbaycanda cazın yaranma tarixi və inkişafından danışıb, musiqinin insanları bir araya gətirdiyini vurğulayıb.

Tədbirdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev Cavan Zeynallının ifasının xalq tərəfindən sevilərək dinlənildiyini və rəğbətlə qarşılandığını bildirib.

Gecədə çıxış edən Rafiq Seyidzadə Azərbaycan musiqi sənətinin zənginliyini vurğulayıb.

Dünya şöhrətli alim, akademik Roald Saqdeyev bildirib ki, Azərbaycan nəinki SSRİ məkanında, hətta bütün dünyada musiqi sahəsində öndə gedənlərdən olub. Çünki Azərbaycan xalqı Qara Qarayevi yetişdirib, muğamı dünyaya tanıdıb. Cavan Zeynallı isə caz sənətinin tanınmış simalarından biridir.