“Aliİmran” surəsinin bərəkətləri


Digərləri 20 İyn 2019 22:40:00 181 0

“Aliİmran” surəsinin bərəkətləri

Quran surələri şəfaverici xasiyyətə malik olduqları kimi, həm də insanın hacətlərinin tez bir zamanda yerinə yetməsi üçün yolları açar və pərdələri aradan qaldırar.

Son.az deyerler.org-a istinadən bildirir ki, Quranın bu cür surələrindən biri də "Ali-İmran" surəsidir. Bu surənin biz insanlara gətirdiyi bərəkətlər barəsində oxuyuruq:

1. Yoxsulluğu aradan aparar. İmam Sadiq (ə) buyurur: "Əgər yoxsul insan bu surəni yanında gəzdirsə, Allah onun işini asanlaşdırar və ruzisini verər".

2. Şəfavericidir. Hər kimin mədə ağrısı olarsa, "Bismilləhir-Rahmənir-Rahim"dən sonra 3 dəfə bu surənin 8-ci ayəsini oxuyarsa, ağrısı aradan gedər.

3. Elçilik zamanı müsbət cavab almaq. Hər kim bu surənin 73-74-cü ayələrini kağıza yazar və sağ qoluna bağlayarsa, istədiyi qapıya elçiliyə getsə, inşəallah ki, müsbət cavab alar.

4. Qorxunu aradan aparar. İmam Sadiq (ə) buyurur: "Əgər səfərə getsən və ya səhraya getsən, cinlərin və insanların əziyyətindən qorxsan - sağ əlini başının üstünə qoy və yüksək səslə bu surənin 83-cü ayəsini oxu".