Triton Absolute seriyaya gedə bilər FOTO


Digərləri 20 İyn 2019 22:30:00 206 0

Triton Absolute seriyaya gedə bilər  FOTO

Bu ilin əvvəlində konsept şəklində debüt etmiş Mitsubishi Triton Absolute pikapı seriyaya gedə bilər. Ford Ranger Raptor modelinə rəqib olacaq pikap Şimali Amerika bazarı üçün nəzərdə tutulub.

Son.az autograph.az-a istinadən bildirir ki, Avstraliyanın "CarAdvice" nəşri əlində Mitsubishi Triton Absolute modelinin iki versiyada istehsal ediləcəyini göstərən patent təsvirlərinin olduğunu bildirib. Onlardan birində pikapın genişləndirilmiş təkər tağları, yan kandarları və artırılmış klirensi olan bir qədər sadə variantda göstərilir. İkinci patentdə isə, pikap daha aqressiv görkəmə malikdir - yəni, bu versiya görünüş cəhətdən konseptual pikapı təkrarlayır.

Pikapın seriyaya getməsi halında Mitsibishi mühəndisləri avtomobilin texniki hissəsinə bir sıra dəyişiklikləri etməlidilər. Məlumdur ki, Triton Absolute konseptindəki dəyişikliklər təkmilləşdirilmiş asqı və iki düymlük liftinq ilə məhdudlaşıb. Mühəndislər pikapın yolsuzluq şəraitində rahat hərəkətini təmin etmək üçün avtomobilin təkər izini genişləndirməli və asqının gedişini artırmalıdılar.

Bununla belə, bir çoxlarını bir məsələ maraqlandırır - Mitsubishi Triton Absolute rəqibi Ford Ranger Raptor kimi güclü mühərrikə və tullanışlar edəcək qabiliyyətə malik olacaqdırmı?


Xəbərə aid fotolar