Boris Conson və Ceremi Hant Britaniyanın baş nazir postu uğrunda mübarizə aparır


Dünya 20 İyn 2019 22:14:00 257 0

Boris Conson və Ceremi Hant Britaniyanın baş nazir postu uğrunda mübarizə aparır

Böyük Britaniyanın sabiq xarici işlər naziri Boris Conson və hazırkı xarici işlər naziri Ceremi Hant Mühafizəkarlar Partiyasının lideri və Böyük Britaniyanın baş naziri olmaq uğrunda mübarizənin final mərhələsinə çıxıblar. Bunu Britaniya Parlamentinin İcmalar Palatasından olan tori deputatlarının iştirakı ilə keçirilən səsvermənin beşinci turunun nəticələri göstərir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Boris Conson 313 deputatdan 160-nın səsini qazanmaqla mövqeyini möhkəmlədib. Ceremi Hanta 77 deputat səs verib.

Ətraf mühit, ərzaq və kənd təsərrüfatı naziri Maykl Qouv 75 səs toplayıb və səsvermənin həlledici mərhələsinə keçə bilməyib.

Böyük Britaniyanın yeni baş nazirinin adı iyulun sonlarına qədər məlum olacaq, qalibi qalan iki namizəd arasından hakim partiyanın 160 min sıravi üzvü seçəcək.


Xəbərə aid fotolar